Nazir: Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
Belqrad, 16 sentyabr, AZƏRTAC
Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiyanın Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.
Nazir bildirib ki, Serbiyanın “Elektroprivreda Srbije” (EPS) dövlət enerji şirkəti Azərbaycandan 2600 meqavat/saat elektrik enerjisinin alınması ilə bağlı razılığa gəlib.
Z.Mixayloviç hazırda rəsmi Belqradın həmin elektrik enerjisinin nəqli üçün Türkiyə ilə danışıqlar apardığını da qeyd edib.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın əvvəlində Balkan regionuna səfəri zamanı türkiyəli həmkarından Azərbaycanın elektrik enerjisinin Bolqarıstan üzərindən Serbiyaya ötürülməsində kömək istəyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir