×
A
A
A
Sazlamalar

Dənizdə külək enerjisi texnologiyaları ilə bağlı onlayn seminar keçirilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Türkiyənin “Dəniz Külək Enerjisi Birliyi”nin təşkilatçılığı ilə dənizdə külək enerjisi texnologiyaları ilə bağlı onlayn seminar keçirilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Agentliyin (BOEMDA) əməkdaşları ilə yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Polşa, Rumıniya, Bolqarıstan, Yunanıstan və Norveçdən olan mütəxəssislər iştirak ediblər.
Seminar çərçivəsində BOEMDA-nın nümayəndə heyəti oktyabrın 26-28-də Türkiyənin İzmir şəhərində dənizdə enerji texnologiyaları sahəsində baş tutacaq “Marentech Expo” sərgisinə dəvət olunub.

Energetika 2022-09-16 12:40:00