×
A
A
A
Sazlamalar

Tahir Mirkişili: Ötən il Azərbaycanda nağdsız formada aparılan əməliyyatların həcmi 81 faiz artıb

Bakı, 16 sentyabr, AZƏRTAC
Bu gün dünyada ÜDM-in 65 faizi rəqəmsal metodlardan formalaşır.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O bildirib ki, xidmət ixracının 50 faizi rəqəmsal vasitələrlə görülür: “Təkcə 2021-ci ildə Azərbaycanda 216 milyon əməliyyat nağdsız formada həyata keçirilib ki, bu da 2020-ci illə müqayisədə 81 faiz çoxdur”.
Tahir Mirkişili rəqəmsal iqtisadiyyatda hesabatlılığın, şəffaflığın artırılmasının investorlar üçün ən önəmli məsələlərdən olduğunu vurğulayıb.

İKT 2022-09-16 12:11:00