×
A
A
A
Sazlamalar

İtaliyalı astronavt Samanta Kristoforetti Beynəlxalq Kosmik Stansiyaya rəhbərlik edəcək

Roma, 14 sentyabr, AZƏRTAC

Avropa Kosmik Agentliyinin (ESA) italiyalı astronavtı Samanta Kristoforetti yaxın vaxtlarda Beynəlxalq Kosmik Stansiyaya rəhbərlik edəcək.
AZƏRTAC xəbər verir ki, S.Kristoforetti bu vəzifəni daşıyan ilk avropalı qadın olacaq.
İtaliyalı astronavt yeni təyinatı ilə bağlı şərəf duyduğunu bildirib.
S.Kristoforetti bu postda rusiyalı kosmonavt Oleq Artemyevi əvəz edəcək.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2022-09-14 20:13:00