Pərviz Şahbazov: Azərbaycanın enerji keçidinə hazırlıq səviyyəsi çox yüksəkdir
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycanın enerji keçidinə hazırlıq səviyyəsi çox yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.
O bildirib ki, Azərbaycan bu enerji keçidi ilə bağlı konkret strategiyası olan ölkələrdən biridir. Enerji keçidinin maneəsiz həyata keçirilməsi üçün Azərbaycan bütün imkanlara malikdir. Ənənəvi neft və qaz hasil edən ölkə olaraq Azərbaycanın, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafına dair proqramları və niyyətləri var.
“Hesab edirəm ki, növbəti otuz ildə vacib missiyanı yerinə yetirəcəyik, özümüz və regional ölkələri, eyni zamanda, bütün digər tərəfdaşlar üçün enerji təhlükəsizliyini təmin edəcəyik. Biz bununla beynəlxalq və regional əməkdaşlığa öz töhfəmizi verəcəyik”, - deyə nazir vurğulayıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir