×
A
A
A
Sazlamalar

Səkkiz ayda elektrik enerjisinin ixracı 1,4 milyon kilovat-saat olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 837,7 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 milyon kilovat-saat, yaxud 2,5 faiz artması deməkdir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,9 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 milyon kilovat-saat, ixrac isə 372,4 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 222,4 milyon kilovat-saat artıb.
Ümumilikdə cari ilin yanvar-avqust aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 19 milyard 115,7 milyon kilovat-saat təşkil edib.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 136,2 milyon kilovat-saat artaraq 17 milyard 560,3 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 341,5 milyon kilovat-saat artaraq 1 milyard 308,5 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və bərk məişət tullantılarının yandırılması zavodu (BMTYZ)) üzrə isə 11,1 milyon kilovat-saat artaraq 246,9 milyon kilovat-saat olub. KES-də 59,3 milyon kilovat-saat, GES-də 43,9 milyon kilovat-saat, BMTYZ-da isə 143,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Səkkiz ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 milyard 221,6 milyon kilovat-saat (İES-lərdə 16 milyard 11,7 milyon kilovat-saat, SES-lərdə 1 milyard 209,9 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 milyon kilovat-saat (İES-lərdə 196,4 milyon kilovat-saat, SES-lərdə 87,1 milyon kilovat-saat, GES-də 40,4 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 43,5 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 526,7 milyon kilovat-saat olub.
Cari ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 milyard 406,4 milyon kilovat-saat, idxalı isə 94,3 milyon kilovat-saat təşkil edib.

Energetika 2022-09-14 18:43:00