×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 129,2 milyon manatı informasiya və rabitə sahələrinə xərclənib

Bakı, 14 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,4 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əsas kapitala yönəldilmiş vəsaitin 129,2 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 126,3 milyon manatı rabitənin payına düşüb.

İKT 2022-09-14 17:31:00