×
A
A
A
Sazlamalar

Finlandiya təbii qaz istehlakını səkkiz ayda iki dəfə azaldıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Finlandiya yanvar-avqust aylarında təbii qaz istehlakını ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azaldıb. Bu, Avropa İttifaqı ölkələri üçün rekord göstəricidir.
AZƏRTAC verir ki, bu barədə Helsingin Sanomat qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Aİ dövlətləri ilin birinci yarısında qaz istehlakını planlaşdırılan 15 faiz əvəzinə, ümumilikdə 6 faiz azaldıblar. Enerji böhranına qədər Finlandıyada təbii qazın üçdəbir hissəsi elektrik enerjisi istehsalına və isitməyə sərf olunurdu, hazırda isə bu, praktiki olaraq sıfra bərabərdir.
Ekspertlər hesab edirlər ki, növbəti mərhələdə qənaət məqsədilə ölkə qazın sənayedə istehlakını azalda bilər.
Finlandıyanın xarici işlər naziri Pekka Haavisto avqustun 31-də bildirmişdi ki, ölkəsi daha Rusiyadan qaz almır.

 

 

Dünya 2022-09-14 17:01:00