×
A
A
A
Sazlamalar

Buzovna qəsəbəsinin Abşeron küçəsində təmir işləri aparılır

Bakı, 14 sentyabr, AZƏRTAC

Vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Buzovna qəsəbəsində Abşeron küçəsi, döngə 21 ünvanında təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1500 metr, eni isə ortalama 6 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində küçəboyu köhnə asfalt örtük frezlənib, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda ərazidə yeni yol əsasının inşası işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri aparılır.
2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri işləri həyata keçirilib.

 

Tikinti̇ 2022-09-14 16:52:00