×
A
A
A
Sazlamalar

“Taxıl dəhlizi” vasitəsilə Ukraynadan 3,1 milyon ton məhsul ixrac edilib

Kiyev, 14 sentyabr, AZƏRTAC

"Taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində sentyabrın 14-də Ukrayna ərzaq məhsulları ilə dolu daha 5 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gəmilərin göyərtəsində ümumilikdə 153 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Afrika və Avropa ölkələrinə yola düşüb.
Vurğulanıb ki, “taxıl dəhlizi” işə başlayandan 1,5 ay müddətində 3,1 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə Ukrayna limanlarından kənd təsərrüfatı məhsulları daşıyan 134 gəmi Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-09-14 13:37:00