×
A
A
A
Sazlamalar

Roma Papası: Biz ümumi evimizi birlikdə qorumalıyıq

Bakı, 14 sentyabr, AZƏRTAC

Roma Papası Fransisk Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya və ənənəvi din liderlərinin 7-ci konqresində iştirak edir.
AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, Fransisk konqresdə çıxışı zamanı iqlim dəyişikliyi probleminə toxunub.
“Qarşımızda ümumi evimizi qorumaq kimi daha bir problem dayanır. Ciddi iqlim dəyişikliyi şəraitində onu qorumalı, gələcək nəsillər üçün saxlamalı, onun çirklənməsinə və məhvinə imkan verməməliyik. Gəlin bu problemi birlikdə həll edək”, - deyə Roma Papası bildirib.
Onun fikrincə, iqlim dəyişikliyi ilə bağlı problem birbaşa pandemiya ilə əlaqəlidir.
“Meşələrin vəhşicəsinə qırılması, heyvanların qanunsuz ticarəti kimi məsələlər üzərində düşünək. İstismarçı təfəkkür ümumi evimizi məhv edir”, - deyə Fransisk əlavə edib.

Dünya 2022-09-14 13:00:00