×
A
A
A
Sazlamalar

Fələstinlilərlə İsrail hərbçiləri arasında baş verən atışmada 3 nəfər həlak olub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də səhər saatlarında İsraillə İordan çayının qərb sahili arasındakı sərhəd səddinin yaxınlığında fələstinlilərlə israilli əsgərlər arasında atışma baş verib.
AZƏRTAC xəbər verir ki, “The Times of Israel” qəzetinin iddiasına görə, İsrail əsgərləri fələstinlilərin sərhəd səddinə yaxınlaşması səbəbindən standart prosedura uyğun olaraq havaya atəş açıblar. Daha sonra fələstinlilərlə hərbçilər arasında atışma başlayıb.
İnsident nəticəsində bir İsrail zabitinin və iki fələstinlinin həlak olduğu bildirilir.

Dünya 2022-09-14 12:24:00