×
A
A
A
Sazlamalar

Rəcəb Tayyib Ərdoğan: Türkiyə tarixinin ən böyük sosial əmlak layihəsinə start veririk

İstanbul, 13 sentyabr, AZƏRTAC

Türkiyə hökuməti tərəfindən ölkə tarixinin ən böyük sosial əmlak layihəsinə start verilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Burada əsas məqsədin ilk mərhələdə əmlakların maksimum iki il ərzində təhvil vermək olduğunu deyən Türkiyə Prezidenti müraciətlərin sabahdan etibarən başlayacağını bildirib.
Qeyd edilib ki, “İlk evim, ilk iş yerim” adlı layihənin hədəfi 2023-2028-ci illərdə bütün Türkiyə üzrə 500 min sosial ev, 250 min yaşayış sahəsi və 50 min iş yeri tikməkdir. Bu sosial əmlakların 50 mini İstanbulda, 18 mini Ankarada, 12 min 500-ü isə İzmirdə inşa ediləcək.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-09-13 17:32:00