×
A
A
A
Sazlamalar

AFR-də inflyasiya rekordlar qırmaqda davam edir

Berlin, 13 sentyabr, AZƏRTAC

Enerji daşıyıcılarının qiymətinin artması Aİ ölkələrində həyatın dəyərinin bahalaşmasının əsas səbəbi kimi qalır. Bu, əsas istehlak mallarının, ilk növbədə qida məhsullarının və ilkin zərurət mallarının qiymətinin artmasına da təsir göstərir.
AZƏRTAC xəbər verir ki, Almaniyada inflyasiya illik hesabla təqribən 8 faizə çatıb. Təkcə yay aylarında bu ölkədə qiymətlər 7,5 faiz artıb. Vəziyyəti gərginləşdirən fakt ondan ibarətdir ki, əhalinin dəstəklənməsinə dair dövlət proqramının qüvvədə olma müddəti başa çatıb. Xatırladaq ki, iyun ayında tətbiq edilmiş həmin proqram avqustun sonuna qədər qüvvədə olub. Yanacağa görə dövlət hesabına əlavə ödəniş artıq ləğv edilib. Nəticədə benzinin və dizel yanacağının qiyməti növbəti dəfə artıb. İndi AFR yanacaqdoldurma stansiyalarında yanacağın qiyməti qonşu Aİ ölkələri ilə müqayisədə yenə yüksəkdir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-09-13 15:55:00