×
A
A
A
Sazlamalar

Fətəli xan Xoyski prospektinin daha bir hissəsinin təmirinə başlanılır

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakı şəhərinin Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır. Təmir işləri yalnız gecə saatlarında icra olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işlərinin həftəsonuna qədər, yəni sentyabrın 18-dək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd olunan müddət ərzində ərazidə qismən məhdudlaşma tətbiq olunacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2022-09-13 14:36:00