“Bərpaolunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda seminar keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində yaradılmış “Bərpaolunan enerjidən istifadə və enerji səmərəliliyi” işçi qrupunun təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AERA) AZƏRTAC-a bildirilib ki, “Bərpaolunan enerji üzrə dəstək mexanizmləri” mövzusunda keçirilən onlayn seminara işçi qrupunun həmsədrləri - Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mustafa Çalışkan, AERA-nın şöbə müdirinin müavini Cəbrayıl Əliyev və hər iki ölkənin aidiyyəti qurumlarından olan mütəxəssislər qatılıblar.
Görüşdə bərpaolunan enerji dəstək mexanizmi üzrə qanunvericilik, dəstək mexanizminin üsulları, bərpaolunan enerji mənbəyinə dair sertifikat sistemi və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu 2021-ci il dekabrın 21-22-də Bakıda keçirilib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir