UNEC yeni ilkə imza atır: “Flipped Education” tədris metodu
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni tədris prosesində növbəti ilkə imza atır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yeni tədris ilindən seçilmiş qruplar üzrə dərslər “Flipped Education” (çevrilmiş) tədris metoduna uyğun təşkil olunacaq.
Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq, dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir. Elektron resurslarla yanaşı, dərsdən kənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC “Eduman” sistemi üzərindən kommunikasiya paneli də yaradılıb. Platformadan müəllim-tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib