×
A
A
A
Sazlamalar

Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən avqustda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 261 müraciət qəbul edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.
Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 2 “ASAN Kommunal” mərkəzində və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

Energetika 2022-09-08 12:39:00