×
A
A
A
Sazlamalar

Sabirabadda dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən danışılıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Sülh aylığı: dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, çıxışlarda dünyəvi dövlətdə və cəmiyyətdə dini tolerantlığın önəmindən bəhs olunub. Ölkəmizdə tolerant mühitin mövcud olduğu, müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərdiyi vurğulanıb. Eyni zamanda, multikulturalizm siyasətinin dövlət səviyyəsində həyata keçirildiyi və xalqımızın həyat tərzi olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Din 2022-09-07 13:34:00