×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universiteti “ADEX-2022” sərgisində təmsil olunur

Bakı, 7 sentyabr, AZƏRTAC

Regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali məktəb olan Azərbaycan Texniki Universiteti (AzTU) 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX-2022” sərgisində öz stendi ilə təmsil olunur.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
AzTU-nun rektoru və əməkdaşları universitetin stendi ilə tanış olublar. Eyni zamanda, universitetin əməkdaşlıq etdiyi müdafiə sənayesi sahəsi üzrə dünyada tanınan şirkətlərin nümayiş etdirdiyi məhsullara baxış keçirilib.
Qeyd edək ki, “ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.

Texnologiya 2022-09-07 13:10:00