×
A
A
A
Sazlamalar

“Education 4.0” platformasında e-təhsil məzmununun formalaşması problemləri təhlil olunur

Bakı, 6 sentyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında elmi müəssisənin əməkdaşı Esmira Ələsgərova “Education 4.0 platformasında elektron təhsil məzmununun formalaşması problemlərinin təhlili” mövzusunda çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Qeyd olunub ki, ali təhsil müəssisələrində bulud platformalarının yaradılması zərurəti xüsusilə təhsil proqramlarının məzmununun fərdiləşdirilməsinə yönəlmiş xidmət infrastrukturunun formalaşdırılmasında özünü göstərir. Öyrənmək üçün tələb olunan məlumatın həcminin sürətlə artması və onun strukturunun mürəkkəbliyi istifadəçi buludlarına müraciət etməyi zəruri edir.
E.Ələsgərova verilənlərin buludda saxlanılması prosesindən bəhs edib. O, “data mining” texnologiyasının tətbiqi, elektron təhsil problemlərinin təhlili məsələləri barədə də məlumat verib.

Texnologiya 2022-09-06 16:01:00