×
A
A
A
Sazlamalar

“İnternetə qoşulma və internet infrastrukturu” İşçi Qrupunun iclası keçirilib

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “İnternetə qoşulma və internet infrastrukturu” İşçi Qrupunun video-konfrans formatında iclası keçirilib. Toplantıya İşçi Qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov sədrlik edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlər: internetə qoşulma və internet infrastrukturu” indikatoru üzrə diaqnostika matrisasının və müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihələrinin hazırlanması üzrə görülmüş işlər barədə ətraflı məlumat verilib. Yol Xəritəsi layihəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyindən daxil olmuş əlavə qeydlərə dair məlumat və təkliflər dinlənilib, suallar cavablandırılıb və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasın yekununda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə qoşulma: internetə qoşulma və internet infrastrukturu” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair Yol Xəritəsinin layihəsinin qısa müddət ərzində müvafiq qaydada razılaşdırılaraq təsdiq edilməsi üçün əlavə tədbirlərin görülməsi zəruri hesab olunub.
İşçi Qrupun rəhbəri bu platformanın yaratdığı imkanlardan istifadənin səmərəli olması üçün sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyini qeyd edib.

İKT 2022-09-06 15:24:00