Nazir Rəşad Nəbiyevin Qaxda vətəndaşlarla görüşünün vaxtı dəyişib
Bakı, 6 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sentyabrın 9-da Qax şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Rəşad Nəbiyev adı çəkilən rayonların sakinlərini sentyabrın 12-si saat 10:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov prospekti 10) qəbul edəcək.
Görüşdə nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlər dinləniləcək.
Qəbula yazılmaq üçün sentyabrın 11-dək Nazirliyin “1655” Çağrı mərkəzi, elektron poçtu ([email protected]), (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefon vasitəsi ilə qeydiyyatdan keçmək olar.
“Azərpoçt” bayram günlərində növbəli iş rejimində çalışır
RİNN-in nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər
8574 IMEI koda “klon” statusu verilib
“Samsung” istifadəçilərinin nəzərinə: mobil telefonunuzdakı fərdi məlumatlarınız ələ keçə bilər