×
A
A
A
Sazlamalar

Karateçimiz Ülvi Məmmədov dünya çempionatında çıxış edəcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 9-11-də Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçiriləcək.
Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, komandamızın heyətində ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) da yer alıb.
Qeyd edək ki, “SKİ Azərbaycan” klubunun üzvü Ü.Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabr ayının 5-7 –də Türkiyədə WSF üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançımız bu il iyulun 1-3-də Qırğızıstanda keçirilən açıq Asiya çempionatında isə ikinci yeri tutub.

İdman 2022-09-06 10:11:00