×
A
A
A
Sazlamalar

Badmintonçumuz “YONEX Latvia International 2022” turnirində çıxışını başa vurub

Bakı, 5 sentyabr, AZƏRTAC

Badmintonçumuz Era Maftuha Latviyanın Yelqava şəhərində keçirilən "Future" seriyalı "YONEX Latvia International 2022" turnirində çıxışını yekunlaşdırıb.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qadın badmintonçuların fərdi yarışında mübarizəyə əsas mərhələdən başlayan təmsilçimiz ilk görüşündə latviyalı Arina Babreyə 2:0 hesabı ilə qalib gəlib.
Badmintonçumuz dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalçısı Anna Tatranovaya (Fransa) 1:2 hesabı ilə məğlub olub.

İdman 2022-09-05 18:42:00