×
A
A
A
Sazlamalar

Qılıncoynadanlarımız İranda beynəlxalq turnirdə iştirak ediblər

Bakı, 5 sentyabr, AZƏRTAC

Qılıncoynatmanın sablya növü üzrə kişilərdən ibarət milli komandamızın üzvləri İranın İsfahan şəhərində keçirilən “Sarhangpour FIE satellite” beynəlxalq turnirində çıxış ediblər.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kişi sablyaçılarımızdan Saleh Məmmədov ən güclü 8-liyə yüksəlməyi bacarıb. S.Məmmədov bürünc medalın bir addımlığında turnirin finalçısı Məhəmməd Rahbariyə (İran) 10:15 hesabı ilə uduzub.
Ən güclü 16-lıqda yer alan Maqsud Hüseynli isə dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə Fərzad Baher Arasbarana (İran) 7:15 hesabı ilə uduzub.
Ayxan Xasyev və Murad Əkbərov isə ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.

 

İdman 2022-09-05 17:23:00