×
A
A
A
Sazlamalar

“Sabah” klubu yarımmüdafiəçi Aleksey Kaşuku heyətinə qatıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakının “Sabah” klubu Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə yarımmüdafiəçi Aleksey Kaşukun icarəsi ilə bağlı razılığa gəlib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, müqaviləyə əsasən, ukraynalı futbolçu cari mövsümün sonunadək komandamızın uğurları üçün çalışacaq.
Kaşuk 2021/2022-ci il mövsümündə də “Sabah”ın uğurları üçün çalışıb. İyirmi iki yaşlı yarımmüdafiəçi ötən mövsümdə komandamızın heyətində Premyer Liqada 8 oyun keçirib, 2 qola imza atıb.

İdman 2022-09-05 17:15:00