“Frayburq” ilə qarşılaşacaq “Qarabağ”ın Almaniyaya yollanacağı vaxt müəyyənləşib
Bakı, 5 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu sentyabrın 6-da Almaniyaya yollanacaq.
AZƏRTAC Ağdam təmsilçisinə istinadla xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
Sentyabrın 7-də Bakı vaxtı ilə saat 21:40-da komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 22:00-da isə matçın keçiriləcəyi “Wolfswinkel” stadionunda (Europa-Park Stadion) komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyunu sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Everton” İngiltərə çempionatında 10 xalın silinməsi qərarına apellyasiya verib
Çingiz Hüseynzadə: Artıq velosiped yalnız idman deyil, həm də həyat tərzidir
Azərbaycanın kişi güləşçiləri dünya çempionatında 5 medal qazanıblar
Karate üzrə Azərbaycan çempionatına start verilib
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri daha iki medal qazanıblar