×
A
A
A
Sazlamalar

Futzal üzrə Yüksək Liqanın 2022-2023-cü il mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci liqaların 2022-2023-cü il mövsümünün püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Yüksək Liqanın yeni mövsümündə 6 komanda - “Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, “Rekord club az”, “Alyans” (Lənkəran) və U-19 mübarizə aparacaq.
Yarışa sentyabrın 26-da start veriləcək.

İdman 2022-09-05 16:01:00