Azərbaycan Velosiped Federasiyasının yeni rəsmi saytı istifadəyə verilib
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycan Velosiped Federasiyasının (AVF) yeni rəsmi saytı istifadəyə verilib.
AZƏRTAC AVF-ə istinadla xəbər verir ki, “cycling.az” domeni ilə fəaliyyət göstərən sayt dizayn və funksionallıq baxımından müasir tələblərə uyğun hazırlanıb.
Yeni internet resursunda velosiped idmanının tarixi, ölkəmizdə inkişaf mərhələləri, bütün növləri haqda geniş informasiyalar mövcuddur. Saytda AVF-in fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür. İdman həvəskarları burada bütün yaş kateqoriyaları üzrə milli komandaların üzvləri və baş məşqçiləri, tədbirlər və onların təqvimləri, nəticələri, idmançıların reytinqləri, velosipedçilərimizin yerli və beynəlxalq yarışlarda iştirakı, ümumiyyətlə velosiped idmanı sahəsində baş verən yeniliklərlə yaxından tanış ola bilərlər.
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib
Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub
Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar
AFFA rəsmiləri danışılmış oyunlarla mübarizəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edirlər
Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib