×
A
A
A
Sazlamalar

Şirvanda “Stolüstü tennis hamı üçün” adlı tədbir keçirilib

Bakı, 5 sentyabr, AZƏRTAC

Şirvan şəhər M.Füzuli adına İstirahət Parkında “İdman hamı üçün” layihəsi çərçivəsində “Stolüstü tennis hamı üçün” adlı idman tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində stolüstü tennis idman növü üzrə nümunəvi çıxışlar göstərilib.
Əyləncəli idman tədbirinin təşkilində məqsəd stolüstü tennis idman növünün təbliği, kütləviliyinin təmin edilməsi, uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olub.

İdman 2022-09-05 14:23:00