×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında güllə atıcılığı üzrə yarış keçirilib

Bakı, 5 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən, əməkdaşlar arasında stend atıcılığı üzrə yarış təşkil edilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi ilə birgə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Xidmətin 30 əməkdaşı bir araya gələrək silahlarını ən sərrast atıcı adı uğrunda hədəfə tuşlayıblar.
Üç mərhələdən ibarət yarışın nəticələrinə əsasən, Nurlan Etibarlı, Faiq Mustafayev və Zaur Tarverdiyev müvafiq olaraq ilk üç yeri bölüşüblər.
Qaliblərə medal və diplomları Bakı Atıcılıq Mərkəzinin direktoru Tamerlan Hacıyev, DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov təqdim edib.

İdman 2022-09-05 13:31:00