“Sumqayıt”ın Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb
Bakı, 5 sentyabr, AZƏRTAC
“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb. Aleksey Baqanın yetirmələri V turda “Neftçi”nin qapısına yol tapa bilməyib – 0:3.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, komanda mövsümün qol vurmayan yeganə komandasıdır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.
Belə uğursuzluqla üzləşən sonuncu komanda AZAL olub. Bakı klubu 2015/2016-cı il mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan Sumqayıt təmsilçisindən fərqli olaraq AZAL 5 oyunun hamısında uduzub.
Qeyd edək ki, “Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” “Zirə” və “Turan Tovuz”la qolsuz sülhə imza atıb.
Avropa Liqası: "Molde" - "Qarabağ" oyunu başlayıb
“Molde” - “Qarabağ” matçının start heyətləri açıqlanıb
Hərbçilər arasında güləş üzrə dünya çempionatında ikinci günün qalibləri mükafatlandırılıb
Dünya çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan Kuboku: Səkkizdəbir final mərhələsinin bütün cütləri müəyyənləşib