“Şimal-2” Elektrik Stansiyasından 8,92 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
“Şimal-2” Elektrik Stansiyası istismara verildiyi tarixdən 2022-ci ilin avqust ayınadək ümumilikdə 8,92 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
AZƏRTAC Energetika Nazirliyinə istinadən xəbər verir ki, layihə gücü 409 meqavat olan “Şimal-2” Elektrik Stansiyası 2019-cu il sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir