×
A
A
A
Sazlamalar

Velosipedçimiz Kamran Mirzəxanov Belçikada “Booischot” yarışında onuncu olub

Bakı, 5 sentyabr, AZƏRTAC

Gənc oğlanlardan ibarət Azərbaycan yığma komandasının üzvü Kamran Mirzəxanov qarşıdan gələn dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Belçikanın “Cannibal Team” klubunun tərkibində 40 günlük təlim-məşq toplanışındadır.
AZƏRTAC federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, velosipedçimiz hazırlıq prosesi çərçivəsində daha bir yarışda iştirak edib. K.Mirzəxanov Belçikada 19 yaşadək idmançılar arasında keçirilən birgünlük “Booischot” yarışında mübarizə aparıb.
“Cannibal Team” klubundan yalnız milli komandamızın üzvünün qatıldığı mübarizədə 32 velosipedçi birincilik uğrunda yarışıb. İdmançılar 78 kilometr məsafə qət ediblər. K.Mirzəxanov 2 saat 1 dəqiqə 48 saniyə nəticə ilə finiş xəttini 10-cu keçib.
Qeyd edək ki, yığma komandamızın üzvü təlim-məşq toplanışı müddətində bir çox yarışlarda uğurla iştirak edib.

İdman 2022-09-05 09:56:00