×
A
A
A
Sazlamalar

“Kəpəz” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 5 sentyabr, AZƏRTAC

Gəncənin “Kəpəz” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla birillik müqavilə imzalanıb.
T.Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.
Xatırladaq ki, T.Əhmədovun son çalışdırdığı klub “Keşlə” (indiki “Şamaxı") olub.

İdman 2022-09-05 09:55:00