×
A
A
A
Sazlamalar

Azərbaycanın U-17 komandası bolqarıstanlı həmyaşıdlarına yoldaşlıq oyununda uduzub

Bakı, 5 sentyabr, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə ilk yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma 4:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Komandalar arasında növbəti oyun sentyabrın 7-də olacaq.

İdman 2022-09-05 03:27:00