×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldova yığmasına qalib gəlib

Bakı, 4 sentyabr, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, 9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb.
Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqləniblər.

İdman 2022-09-04 00:14:00