×
A
A
A
Sazlamalar

Paracüdo idman növü üzrə milli komandamız Avropa çempionatında 6 medal qazanıb

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin paracüdo idman növü üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, millimizin digər üzvləri Zakir Mislimov (-90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, sentyabrın 2-də Namiq Abasov və İsmayıl Muradov iki bürünc medal qazanıblar.
Beləliklə millimiz bir qızıl və beş bürünc olmaqla, ümumilikdə altı medalla Avropa çempionatını tamamlayıb.

İdman 2022-09-03 20:20:00