×
A
A
A
Sazlamalar

“Turan Tovuz” komandası “Şamaxı”nı minimal hesabla məğlub edib

Bakı, 3 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci tur çərçivəsində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şamaxı” klubu “Turan Tovuz”u qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Yeganə qolu “Turan Tovuz”un kamerunlu hücumçusu Runi İva Vankevay vurub.
Bu nəticədən sonra Ayxan Abbasovun yetirmələri turnir cədvəlində 7 xalla 5-ci pilləyə yüksəliblər. “Şamaxı” isə 1 xalla 9-cu yerdədir.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Beşinci turun "Neftçi" - "Sumqayıt" oyunu sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

İdman 2022-09-03 18:20:00