“Zirə” – “Qəbələ” oyununun yeri dəyişdirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
“Zirə” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi məktubla müraciət edib.
AZƏRTAC PFL-in rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olduğunu bildirib.
Bakı təmsilçisi bununla bağlı Premyer Liqanın V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsini xahiş edib. Stadionun vəziyyətini, “Zirə”nin müraciətini nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.
Məsələ ilə bağlı “Qəbələ” idman klubu və görüşün keçirilməsinə cavabdeh olan digər qurumlar məlumatlandırılıb.
Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar
“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar
Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb
Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib
Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb