Suraxanıda avtobusda qadının cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini yaxalanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Suraxanıda marşrut avtobusunda qadının cüzdanı oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsi ərazisində marşrut avtobusunda qadın sərnişinin içərisində 243 manat pulu və bank kartı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı təhqiqat aparılır.
Mağazalara daxil olaraq çoxsaylı oğurluq əməlləri törədən qadın saxlanılıb
Daxili İşlər Nazirliyi: Cinayət əməlində təqsirləndirilən narkotik aludəçisi ölüb
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO