Binəqədi rayonundakı 28 May qəsəbəsindən avtomobil qaçırılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə sentyabrın 1-də 28 May qəsəbəsindən K.Tağıyevə məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini X.Əliyev avtomobillə qəsəbə ərazisində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb
Bakıda qadına qarşı soyğunçuluq edilib
Təhsil müəssisəsində aşkarlanmış qanunsuzluqlarla bağlı cinayət işi başlanıb