Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 2-i saat 23 radələrində paytaxtın Nizami rayonunun M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayişə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayişə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.
“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan 13 nəfər saxlanılıb
DİN: Ölkə ərazisində qeydə alınan 63 cinayətin üstü açılıb
Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib
DİN: Ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
Sahil qəsəbə sakininə xuliqanlıq zəminində xəsarət yetirən şəxs saxlanılıb