×
A
A
A
Sazlamalar

Xaçmaz rayonunun Sayad kəndində yanğın olub

Bakı, 2 sentyabr, AZƏRTAC

Xaçmaz rayonunun Sayad kəndində həyətyanı ərazidə quru ot, kol-kos 2 hektar sahədə, qonşu həyətyanı ərazidə 5 ton ot bağlaması, yaxınlıqda ümumi sahəsi 18 kvadratmetr olan talvarın yanar konstruksiyaları, altına yığılan 9 ton ot bağlaması və ümumi sahəsi 72 m² olan talvarın taxta atmaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonşu evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-09-02 22:19:00