×
A
A
A
Sazlamalar

Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli işlənilib

Bakı, 2 sentyabr, AZƏRTAC

Mobil hesablama buludlarında son dövrlərdə mobil istifadəçilərin sayının sürətlə artması, bulud serverlərin uzaqda olması və internet şəbəkəsinin yüklənməsi emal olunan məlumatların istifadəçiyə çatdırılmasında böyük gecikmələrə səbəb olur.
Bu barədə “Mobil hesablama buludlarında məsələlərin paylanması üçün optimallaşdırma modeli” (“An Optimization Model for Task Scheduling in Mobile Cloud Computing”) adlı məqalədə bəhs olunur. Məqalə nüfuzlu “International Journal of Cloud Applications and Computing” (IJCAC) jurnalında nəşr olunub.
Tədqiqatın müəllifi İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın tipi) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan “cloudletin” seçilməsi strategiyası təklif edilib.
Qeyd edək ki, “International Journal of Cloud Applications and Computing” jurnalı Inspec, Scopus və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşdırılır.

Texnologiya 2022-09-02 16:10:00