Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin mənzilində 1,5 kiloqram heroin aşkarlanıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onda heroin aşkar edilib. Araşdırmalarla onun paytaxt ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan əlavə 1,5 kiloqram heroin aşkarlanaraq götürülüb.
Nizami rayonunda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Musayev rayon polis idarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 102 qramdan artıq heroin aşkarlanıb.
Faktlarla bağlı təhqiqat davam edir.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb