×
A
A
A
Sazlamalar

Paytaxt sakininin çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdam rayon sakini müəyyənləşdirilib

Bakı, 2 sentyabr, AZƏRTAC

Paytaxtda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da Bakı şəhər sakini A.Qarayevanın içərisində pulu və bank kartları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağdam rayon sakini T.Abbasov müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-09-02 12:50:00