Şəkidə mağazalardan oğurluq edən və həmkəndlisinin avtomobilini yandıran şəxs həbs edilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Şəki rayonunun Baş Göynük kəndi ərazisində yerləşən üç mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər-rayon polis şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən 9 min manat dəyərində ərzaq məhsullarının, tütün məmulatlarının, enerji içkilərinin, mobil telefon danışıq kartlarının və kassada olan nağd pulun oğurlandığını bildiriblər.
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Baş Göynük kənd sakini Nazim Məmmədov saxlanılıb. İstintaq zamanı həmin şəxsin oğurluq etdiyi gecə öz həmkəndlisinə məxsus “VAZ-2107” markalı avtomobili də qəsdən yandırdığı müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarının bir qismini dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayonunda ikimərtəbəli yaşayış evində yanğın olub
DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 119 cinayətin üstü açılıb
Beyləqanda maşın su kanalına aşıb, 3 nəfər ölüb
Sumqayıtda keçmiş məhkum avtobusda oğurluq edib
DİN: Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub