Bakıda binaların girişlərindəki poçt qutularında narkotik maddə gizlədən şəxs tutulub
Bakı, 2 sentyabr, AZƏRTAC
Nizami rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı külli miqdarda - 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub. Ü.Musayev ifadəsində sosial şəbəkədə tanış olduğu narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. O, həmin narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini əsasən binaların girişlərində olan poçt qutularında gizlətdiyini bildirib.
Faktla bağlı 25-ci polis şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Xəzər rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb VİDEO
Marketdən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca tutulub VİDEO
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlarda 36 nəfər saxlanılıbVİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimə olunub
Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb